Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Moskvada “iPhone X” izdihamı: Növbə gözləyənlərdən biri xəstəxanalıq oldu -

Rusiyada “Apple” korporasiyasının yeni “iPhone X” smartfonunun satışlarına start verilib.

 

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu gün səhər Moskva şəhərində, satışın həyata keçirildiyi Tverskaya küçəsindəki mağazanın qarşısına 500 nəfər toplaşıb. Soyuq havada gözləyən insanların qızınması üçün mağazanın qarşısına avtobuslar göndərilib.

 

“iPhone X” modelinə tələbat əvvəlkilərdən çoxdur. Belə ki, Rusiyada ilkin sifariş mərhələsində smartfonların hamısı satılıb, mağazalarda növbələr isə satışa start verilməsindən 3 gün əvvəldən başlayıb. Növbədə gözləyənlərdən biri bu gün təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Belə ki, 3 gün növbədə dayanan gəncin səhhəti pisləşib və həkim müdaxiləsinə ehtiyac yaranıb.

 

Qeyd edək ki, Rusiyada 64 Gb yaddaşa malik “iPhone X” 79 min 990 rubldan, 256 Gb yaddaşı olan model isə 91 min 990 rubldan satışa çıxarılıb.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017