Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Konqresdən “Facebook”a şok tələb!

ABŞ Konqresində Rusiyanın sosial şəbəkələr vasitəsilə ABŞ-dakı daxili siyasi proseslərə və 2016-cı il prezident seçkilərinə təsir göstərməsi ilə əlaqədar keçirilən dinləmələrdə “Facebook”un qarşısında şok tələb qoyulub.

 

İKT.lent.az-ın xəbərinə görə, sosial şəbəkədən tələb olunub ki, Rusiyanın yerləşdirdiyi siyasi reklamları və digər materialları görmüş 146 milyon nəfər istifadəçinin hamısını identifikasiya edərək onları məsələ barədə məlumatlandırsın.

 

Müvafiq tələblə demokrat senator Cek Rid çıxış edib. O, dinləmədə iştirak edən “Facebook” nümayəndəsinə üzünün tutaraq deyib: “Siz bu materialları görən şəxsləri xəbərdar etmək vəzifənizi dərk edirsinizmi? Siz bunu edə bilərsinizmi? Sizcə, bunu etməli deyilsinizmi?!”

 

“Facebook”un hüquqşünası Kolin Stretç cavabında qeyd edib ki, şübhəli siyasi reklamları görmüş bütün şəxsləri identifikasiya edə biləcəklərinə əmin deyil. Onun sözlərinə görə, bu cür identifikasiya ciddi texniki problemdir.

 

Xatırladaq ki, “Facebook” 2015-ci ilin iyunundan 2017-ci ilin avqustuna qədər sosial şəbəkədə Rusiya ilə bağlılığı olan 120 qrupda 80 mindən çox paylaşım edildiyini açıqlayıb. Bu paylaşımları görən amerikalıların sayı 126 milyondan çox olub, sosial şəbəkəyə məxsus “Instagram” xidməti də nəzərə alınarsa, dezinformasiyaları ümumilikdə 146 milyon nəfərin gördüyü bildirilib.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017