Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X” oğurluqları başladı

ABŞ-ın San-Fransisko şəhərində ekspress çatdırma şirkətinin yük maşınından yeni “iPhone X” smartfonları oğurlanıb.

 

İKT.lent.az-ın CNBC-yə istinadən verdiyi məlumata görə, sürücü smartfonların şəhərin ticarət mərkəzlərindən birinə çatdırılması barədə sənədləşmə ilə məşğul olarkən oğrular avtomobilə daxil olub. Onlar 300-dən çox cihazı özləri ilə aparıblar. Hadisə rəsmi satışlara start verilməsindən öncə baş verib.

 

“iPhone X” smartfonlarının qiyməti ABŞ-da 999-1150 dollardır. Beləliklə, oğurlanan malın dəyəri 300 min dolları aşır.

 

Polis hazırda oğruları axtarır.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017