Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Saxta “WhatsApp” 1 milyondan artıq istifadəçiyə zərər vurdu

Bir milyondan artıq insan saxta “WhatsApp” əlavəsini öz cihazlarına yükləyib. İKT.lent.az-ın İnforeactor.ru saytına istinadən məlumatına görə, əlavənin daha çox insanı maraqlandırması üçün cinayətkarlar onu “WhatsApp-n yenilənməsi” adlandırıblar.  

 

“Motherboard” informasiya nəşri bildirir ki, fırıldaqçılar istifadəçiləri bənddə “WhatsApp Inc.” yazısından istifadə edərək aldatmağı bacarıblar. Bu, orijinal əlavənin əsl adıdır. Artıq qeydiyyatdan keçmiş adı istifadə etmək üçün cinayətkarlar məsafə olmayan simvollardan istifadə etmək məcburiyyətində qalıblar.

 

Qeyd edilir ki, saxta məhsuldan istifadə edənlər arzuedilməz reklamı izləməli olublar. Hazırda isə bu əlavənin tərtibatçıları onun adını dəyişdirməli olublar.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018