Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bezos səhm satdı - 1,1 MİLYARD DOLLARA

“Amazon.com”un qurucusu Ceff Bezos ötən həftə ərzində 1 milyon səhm satıb.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, C. Bezos satışdan 1,1 milyard dollar əldə edib. İş adamının sərəncamında hələ 80 milyon ədəd səhm qalır.

 

C. Bezos son vaxtlar özünün kosmik layihəsi “Blue Origin LLC” şirkətinə fəal şəkildə sərmayə yatırır. Lakin sonuncu səhm satışından əldə olunan vəsaitin hara sərf olunacağı açıqlanmayıb.   

 

Qeyd edək ki, C. Bezos “Microsoft”un yaradıcısı Bill Geytsi ötərək dünyanın ən zəngin adamları siyahısında 1-ci sıraya yüksəlib.  

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017