Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən populyar emodzi hansıdır? - "APPLE" AÇIQLADI

“Apple” şirkəti özünün mobil cihazlarında istifadəçilər üçün ən populyar smayllar barədə məlumatlarını yeniləyib.

 

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, rəsmi statistikaya əsasən, daha çox istifadə olunan smayl sevinc göz yaşlarından ağlayan smayldır.

 

Bu günlərdə aparılan araşdırmalarda “Apple” şirkətinin mütəxəssisləri istifadəçilər arasında daha çox istifadə olunan emodziləri müəyyən etmək niyyətinə düşüblər. Şirkətin analitikləri tərəfindən toplanmış rəsmi hesablamalara əsasən, daha çox və mütəmadi olaraq istifadə olunan emodzi “LOL” emodzisidir. Bu emodzi gülməkdən ağlayır.

 

İkinci yerdə sevgi və simpatiyanı əks etdirən qırmızı ürək emodzisi qərarlaşıb. Siyahıda üçüncü yeri kədərdən ağlayan smayl tutub.

 

“Apple” mütəxəssislərinin dərc etdiyi məlumata əsasən, on ədəd ən populyar emodzilər arasında parlaq emosiyaları əks etdirən emodzilər yer alıb. Bunların arasında darıxma, sevgi, təəccüb, çətin duruma düşmüş, sevinc, narazılıq, kədər kimi hissləri əks etdirən emodzilər də var.

 

Bir çox istifadəçilər isə belə bir statistikanın açıqlanmasına narazılıq ediblər. Onların fikrincə, bu, məxfiliyin pozulması deməkdir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017