Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X”la bağlı ilk problem

“Apple” korporasiyası yeni “iPhone X” smartfonlarındakı problem barədə xəbərdarlıqla çıxış edib.

 

İKT.lent.az-ın “Mashable” saytına istinadən verdiyi xəbərə görə, şirkət “iPhone X”un displeyində qızma baş verə biləcəyini açıqlayıb. Əgər ekranda yüksək kontrasta malik parlaq təsvir uzun müddət qalarsa, qızma baş verə bilər.

 

“Apple” öz saytında xüsusi təlimat yerləşdirərək indiyədək mobil bazarda ən yaxşı displey adlandırılan “Super Retina”nın qızmasının qarşısını necə almağın yolları barədə məlumat verib.

 

Qeyd edək ki, bu yaxınlarda təqdim olunmuş “Pixel 2 XL” smartfonlarında da analoji problem aşkarlanıb.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018