Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu rüb planşet tədarükü artacaq

“Digitimes Research” analitik şirkətinin mütəxəssisləri planşet bazarındakı vəziyyətlə bağlı hesabatlarını dərc ediblər.

 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, onların hesablamalarına əsasən, ötən rüb planşet tədarükünün həcmi 42,29 milyon ədəd təşkil edib. Bu, mövsümi amili də nəzərə almaqla olduqca çoxdur.

 

İDC analitik şirkəti isə əmindir ki, iyul ayından sentyabr ayına qədər müddətdə 49 milyon ədəd planşet tədarük edilib.

 

“Digitimes Research” analitikləri təxmin edirlər ki, cari rübdə tədarükün həcmi üçüncü rüblə müqayisədə 7,8 faiz artacaq və 45,58 milyon ədəd təşkil edəcək. Onlar artımın əsasını aparıcı istehsalçılar tərəfindən təqdim edilən aşağı səviyyəli modellərə marağın olması ilə izah edir.

 

Analitiklərin gözləntilərinə görə, ümumilikdə 2016-cı illə müqayisədə bazar xeyli azalacaq. Ancaq üçüncü və dördüncü rüblərin yaxşı göstəriciləri gətirib ona çıxaracaq ki, azalma o qədər də böyük olmayacaq. 2018-ci ildə isə bu bazar tam olaraq sabitləşəcək. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017