Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bir “iPhone X” istehsalçı üçün neçəyə başa gəlir?

“Apple” korporasiyasının yeni “iPhone X” smartfonunun istehsalına nə qədər xərc çəkdiyi məlum olub.

 

İKT.lent.az-ın xəbərinə görə, “TechInsights” saytının mütəxəssisləri bu barədə hesablama aparıb. Onlar müəyyənləşdiriblər ki, bir “iPhone X” smartfonunu yığmaq 357,50 dollara başa gəlir. Cihazın qiyməti isə 999 dollardan başlayır və bu, “Apple” tarixində ən yüksək qiymətdir. Müqayisə üçün deyək ki, “iPhone 8” ABŞ-da 699 dollara satılır.

 

“iPhone X”un ən bahalı hissəsi 5,8 düym OLED-displeydir. Bu displeyin qiyməti 65,50 dollardır. Cihazın çərçivəsi 36 dollar, alüminium korpusu isə 21,50 dollara alınır.

 

Mütəxəssislər xüsusi qeyd edirlər ki, bu hesablama yalnız cihazın detallarının dəyəri əsasında aparılıb. Nəzərə almaq lazımdır ki, smartfonun işlənib hazırlanmasına, bu istiqamətdə tədqiqatlara illər sərf olunub.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017