Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter”də yeni dönəm - 280 İŞARƏ!

“Twitter” mikrobloqu mesajlarda yol verilən işarələrin sayını iki dəfə artırıb.

 

İKT.lent.az-ın xəbərinə görə, artıq 140 işarə deyil, 280 işarəlik “tvit” yazmaq olar. Şirkətin baş direktoru yeniliyi bu cür elan edib: “140+140!”

 

Xatırladaq ki, indiyədək “Twitter”də yalnız 140 işarəlik yazı yazmaq mümkün idi. Sentyabr ayında sosial şəbəkə işarələrin sayının 280-ə çatdırılmasını test etməyə başlayıb, lakin bu yenilik yalnız istifadəçilərin kiçik qrupu üçün əlçatan olub.

 

İşarələrin artırılması yapon, Çin və Koreya dillərinə şamil edilməyib. Mütəxəssislər hesab edir ki, bu dillər daha az işarə ilə fikir ifadə etməyə imkan verir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017