Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bəzi alıcılar “iPhone X”u geri qaytarır

Bəz istifadəçilər “Apple”in ən innovativ cihazından məyus olmağa və onu mağazalara geri qaytarmağa başlayıblar.

 

İKT.lent.az-ın "gazetadaily.ru" saytına istinadən məlumatına görə, yeniliyi almaq üçün növbəyə duranlar “iPhone X” smartfonlarından xəyal qırıqlığına uğrayıblar.

 

Onlar telefonu geri qaytararkən xüsusi bölmədə bunun səbəblərini qeyd etməlidir. Birilərinə smartfonun üz panelinin yuxarı hissəsindəki qara “qaş”ın olması xoş gəlməyib, digərləri isə bildirirlər ki, yeni ekran təriflənən kimi elə də yaxşı deyil. Əslində isə bu ekran İPS matrisadan xeyli yaxşıdır.

 

Ancaq geri qaytarılan zaman ən maraqlı səbəblərdən biri o olub ki, “iPhone X” işləmək üçün rahat deyil və “”Samsung Galaxy Note 8” smartfonu işlə bağlı məsələləri olduqca daha yaxşı yerinə yetirir.

 

Qeyd etmək lazımdır ki, hələlik “Apple”in ən bahalı smartfonunun geri qaytarılması hallara ABŞ-da müşahidə olunur.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017