Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çin istehsalçıları satışa 200 milyon smartfon çıxaracaq

“Digitimes Research” analitik şirkətinin hesablamalarına əsasən, bu ilin dördüncü rübündə Çin istehsalı olan smartfonların tədarükü 199,1 milyon ədəd təşkil edəcək.

 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, 179,2 milyon ədəd smartfon tədarük edilmiş ötən rüblə müqayisədə artım 11,1 faiz olacaq.

 

Bu ilin üçüncü rübündə ikinci rüblə müqayisədə tədarükün həcmi 20,8 faiz çox, ötən ilin üçüncü rübü ilə müqayisədə isə 0,4 faiz az olub.

 

Bu sırada lider 40 milyon ədəd smartfon tədarükü nəticəsi ilə “Huawei” şirkəti olub.

 

İkinci yeri “Xiaomi Technology” şirkəti tutub ki, onun da tədarükünün sayı 23 milyon ədəd smartfon təşkil edib.

 

İlk beşlikdə “Oppo”, “Vivo” və “Lenovo” kimi şirkətlər də yer alıb.

 

Gələcəkdə satışların artmasının səbəbi yerli bazarda tələbatın artması, həmçinin hər il milad bayramı satışları ilə izah edilir. Bu bayramda istifadəçilər özləri və yaxınları üçün hədiyyələr almağı üstün tuturlar.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017