Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” pulköçürmə xidməti yaratdı

ABŞ-ın “Apple” korporasiyası “iMessage” əlavəsi vasitəsilə beta rejimdə pulköçürmə xidməti istifadəyə verib.

 

İKT.lent.az-ın “TechCrunch” saytına istinadən verdiyi xəbərə görə, xidmət “Apple Pay Cash” adlanır. O, istifadəçilər arasında “iOS 11.2 beta 2” vasitəsilə birbaşa köçürmə etməyə imkan verir. Köçürmə barədə sorğunu mesaj vasitəsilə də göndərmək mümkündür.

 

“Pay Cash” köçürmələrindən komissiya tutulmur.

 

Hələlik xidmət test rejimində işləyir. Funksiya ABŞ-da “iOS 11.2 beta 2” əməliyyat sistemi ilə çalışan cihazlarda keçərlidir.

 

Qeyd edək ki, “Pay Cash” xidmətinin istifadəyə veriləcəyi iyunda anons edilmişdi.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017