Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X”un kamerası ilə peşəkar kamera müqayisə edildi -

Yeni satışa çıxan “iPhone X” smartfonunun kamerasını peşəkar kamera ilə müqayisə ediblər.

 

İKT.lent.az-ın xəbərinə görə, müvafiq video “YouTube”dakı “Fstoppers” kanalında yerləşdirilib.

 

Videoda görünür ki, “iPhone X”a rəqib kimi “Panasonic Lumix DC-GH5” videokamerası seçilib. Professional videokameranın qiyməti 2 min dollar civarındadır.

 

Bloger bildirib ki, bu cür müqayisələr yüngülvari məyusluq yaratsa da, hər halda, maraqlıdır. Peşəkar kameradakı zum funksiyasından yararlandıqda çəkilişlər arasında fərqlər açıq görünür. O qeyd edib ki, peşəkar videoqraflar, o cümlədən onun özü kommersiya çəkilişlərində smartfonlarda çəkilən futajlardan (footage - videomontajda istifadə edilən kiçik rolik) istifadə edir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017