Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ərdoğan İlon Maskı qəbul etdi -

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin sahibi, məşhur iş adamı İlon Mask Türkiyəyə səfər edib.

 

İKT.lent.az-ın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, İ. Mask bu gün Ankarada prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunub. Prezident sarayında keçirilən görüşdə elm, sənaye və texnologiya naziri Faruk Özlü, nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Aslan da iştirak edib.  

 

İ. Mask noyabrın 9-10-da Türkiyədə keçiriləcək “Global SatShow”a qatılacaq. Lakin səfərin Türkiyənin yerli avtomobil istehsalı layihəsinin açıqlanmasından bir neçə gün sonra gerçəkləşməsi marağa səbəb olub. Belə ki, R. T. Ərdoğan həm elektrik enerjisi ilə çalışan, həm də hibrid avtomobillər istehsal etməyin zəruriliyini bildirib. “Tesla” isə bu sahədə ixtisaslaşıb. Bu səbəblə, Türkiyənin milli avtomobil layihəsində “Tesla”nın iştirak edə biləcəyi barədə söz-söhbət yayılıb.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018