Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Uber” uçan taksi layihəsinə NASA-nı cəlb etdi -

“Uber” taksi xidməti NASA ilə müqavilə imzalayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, kosmik agentlik “Uber”in uçan taksi layihəsi üçün proqram təminatının hazırlanması ilə məşğul olacaq.  

 

Müqaviləyə əsasən NASA şəhər hava məkanında yüzlərlə, hətta minlərlə uçan aparatın izlənməsi və idarə edilməsi problemini həll edəcək. Uçan taksilərin marşrutunu elə müəyyən etmək lazımdır ki, onlar hava limanlarına və mövcud dispetçer sistemlərinə mane olmasın.  

 

“Uber”dən bildiriblər ki, uçan aparatların istehsalı ilə müstəqil məşğul olmayacaqlar, sadəcə, infrastruktur yaradacaqlar. Uçan taksi yaradılmasında şirkətin potensial tərəfdaşları arasında “Boeing”, “Embraer”, “Mooney” və “Bell Helicopter” şirkətlərini adı çəkilir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017