Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Evlilik təklifi üçün 25 ədəd "iPhone X" aldı -

Çində gənc oğlan sevgilsinə evlilik təklif etmək üçün 25 ədəd "iPhone X" alıb.

 

İKT.lent.az Technote.az-a istinadən xəbər verir ki, videooyun yaradıcısı olan Çen Minq aldığı telefonları ürək formasında düzərək ətrafını qızılgül ləçəkləri ilə bəzəyib, mərkəzinə isə üzük qoyub.

 

Dostların köməyi ilə baş tutan sürpriz müsbət sonluqla bitib. Belə ki, gənc oğlan evlilik təklifinə razılıq ala bilib.

 

Telefonların sayının 25 olması Li adlı qızın yaşı ilə bağlıdır. Bu sürpriz üçün məhz "iPhone X"-un seçilməsi heç də təsadüfi deyil. Belə ki, Çen Minq məhz iOS əməliyyat sistemi üçün mobil oyunlar hazırlayır.

 

İki nəfər üçün 25 ədəd "iPhone X" modelinin çox olduğuna qərar verən cütlük smartfonları öz dostları arasında paylayıb. Bütün bunlar isə Minqə 31,5 min dollara başa gəlib.

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018