Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook”dan ilginc təklif: İntim şəkillərinizi göndərin!

“Facebook” şirkəti “pornoqisas”la bağlı mübarizədə yeni mübarizə yollarını sınaqdan keçirməyə başlayıb. 

 

İKT.lent.az-ın “RİA Novosti” agentliyinə istinadən məlumatına görə, bu üsul insanların intim şəkillərinin icazəsiz yayılması və dərc edilməsi ilə bağlı olacaq.

 

Avstraliyanın onlayn təhlükəsizlik məsələləri üzrə komissarı Culi İnman-Qrant bildirib ki, təcrübə dörd ölkədə keçiriləcək. İstifadəçilər “Messenger” vasitəsilə özləri özlərinə açıq-saçıq şəkillər gömdərə biləcəklər. Bundan sonra server şəklin "rəqəmsal izini" yaradacaq. Onun köməyi ilə sistem bu şəklin digər bir şəxs tərəfindən dərc edilməsi cəhdinin qarşısını alacaq. Şəklin tanınmasından sonra istifadəçi şəkli silməli olacaq.

 

Bununla belə, şirkət bu şəkli öz serverində yaddaşda saxlamayacaq və onlardan sonra ancaq keçid olacaq. İnman-Qrant əlavə edib ki, bu materiallarla “Facebook” əməkdaşları deyil, süni intellekt işləyəcək.

 

Melburnun Kral Texnologiya Universitetinin və Monaşa Universitetinin apardığı araşdırmalara əsasən, 16-49 yaşında olan hər beşinci avstraliyalı “pornoqisas”ın qurbanına çevrilir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017