Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” cihazlarının neçə faizi "iOS 11"-də işləyir?

“Apple” şirkəti öz saytında "iOS" əməliyyat sisteminin yayılması ilə bağlı məlumatları dərc edib.

 

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, statistikaya əsasən, bu ilin noyabrın 6-na olan məlumatına görə, "iOS 11" platforması ABŞ korporasiyası tərəfindən istehsal edilmiş mobil cihazların 52 faizinə yüklənib.

 

Bundan öncəki əməliyyat sisteminin versiyasının payına “Apple” məhsullarının 32 faiz düşür. Daha əvvəlki versiya isə 10 faiz “Apple” məhsullarında istifadə olunur.

 

Qeyd edək ki, "iOS 11" əməliyyat sistemi 2017-ci il sentyabrın 19-da təqdim  edilib və onun cihazlar üzrə yayılmasının sürəti öncə buraxılan versiyalardan daha aşağıdır. Platformanın tətbiq edilməsinin aşağı səviyyədə olması şübhə doğurmur. Halbuki "iOS 9" əməliyyat sistemi iki həftəyə 50 faiz cihazlarda yüklənmişdi.

 

Qeyd edilir ki, ötən il yayın sonunda buraxılan “Android 8.0” sisteminin yeni versiyası cəmi 0,8 faiz cihazlarda yüklənib.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017