Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S9”-un kütləvi istehsalına dekabrda başlanacaq

“Samsung Electronics” şirkəti özünün yeni “Samsung Galaxy S9” smartfonunda displeyin altında yerləşəcək optik daktiloskopik sensorunun yerləşdirilməsi ideyasından imtina edib.

 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, gözlənildiyi kimi, “Samsung Galaxy S9” və “Galaxy S9+” smartfonları hazırda Cənubi Koreya şirkətlərinin flaqmanlarında olduğu kimi, telefonun arxa panelində yerləşəcək barmaq izləri skaneri ilə təchiz ediləcək.

 

Bundan başqa, “Samsung” şirkəti bu ilin oktyabr ayında uğurlu istehsal sınaqları yekunlaşmış iki smartfonun son xüsusiyyətlərini təsdiqləyib. Mənbə əlavə edib ki, “Samsung Galaxy S9” smartfonlarının kütləvi istehsalına artıq bu ilin dekabrında başlanılacaq.

 

Bununla belə, “Samsung” ilk dəfə olaraq “Galaxy Note9” smartfonlarının displeyinin yuxarısında optik daktiloskopik skanerinin istifadə edilməsini planlaşdırır. Bu smartfon “Crown” kod adı altında istehsal edilir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017