Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Weibo” istifadəçi sayında “Twitter”i keçdi

Çinin “Weibo” mikrobloqlar xidməti bildirib ki, onun aylıq aktiv istifadəçilərinin auditoriyası 376 milyon nəfərə çatıb.

 

İKT.lent.az-ın “Kommersant” nəşrinə istinadən məlumatına görə, bu, onun əsas rəqibi ABŞ-ın “Twitter” mikrobloqlar xidmətinin istifadəçilərinin sayından 46 milyon nəfər çoxdur.

 

“Weibo” nümayəndələri bildiriblər ki, 400 milyon nəfərə yaxınlaşan istifadəçi sayının əminliklə artmasının səbəbi Çinin smartfon istehsalçıları ilə yeni əməkdaşlıqlar qurması, Çin universitetlərinin kampuslarında xidmətin uğurla inkişaf etməsi səbəb olub. Həmçinin buna səbəb Çinin və digər regionların aşağı internet sürəti olan bölgələri üçün yüngül “Weibo” versiyasının işə salınmasıdır.

LENT

19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018
15 May 2018