Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Britaniya kəşfiyyatı da “Kasperski”dən şübhələndi

Rusiyanın məşhur “Kasperski Laboratoriyası”nın fəaliyyəti ABŞ-dan sonra Böyük Britaniyada da narahatlıq doğurub.

 

İKT.lent.az-ın “The Financial Times”a istinadən verdiyi xəbərə görə, Britaniya xüsusi xidmət orqanları “Kasperski Laboratoriyası”nın antivirus proqramlarının ölkədə geniş yayılmasından narahatdır. Belə ki, informasiya təhlükəsizliyinə cavabdeh olan Hökumət Rabitə Mərkəzi (GCHQ) Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) “Kasperski”nin “soft”undan casusluq məqsədilə yararlana biləcəyindən şübhələnir. GCHQ hesab edir ki, Rusiya kəşfiyyatı hökumət nümayəndələrini və hərbi rəhbərliyi izləyə bilər.

 

“The Financial Times”ın xəbərinə əsasən artıq məşhur “Barclays” bankı “Kasperski Laboratoriyası” ilə əməkdaşlığı dayandırmaq niyyətindədir. Bankdan bildirilib ki, bu qərar kommersiya səbəbləri ilə əlaqədar qəbul olunub və qurum kəşfiyyatdan hər hansı tövsiyə almayıb.

 

Xatırladaq ki, ABŞ-ın dövlət idarələrində "Kasperski Laboratoriyası"nın məhsullarından istifadə etmək qadağan olunub.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017