Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S9”un ilk görüntüləri yayıldı -

Bu günlərdə Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkəti “Galaxy S8” smartfonunu istifadəyə verib. Artıq şirkət flaqmanın növbəti versiyasını tərtib edir və onun şəkilləri ilk dəfə olaraq şəbəkədə yayılıb.

 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, render görüntülərində yeni “Samsung Galaxy 9” smartfonunun korpusunun necə olacağını görmək mümkündür.

 

Bu smartfonun bazara 2018-ci ilin ilk yarımilliyində çıxarılması planlaşdırılır. Görüntünün müəllifləri “Samsung” və “Apple” üçün xüsusi müdafiə lentləri tərtib edən “Drand” dizayn şirkətinin əməkdaşları olublar.

 

Gözlənilir ki, 2018-ci  ilin ən gözlənilən smartfonlarından biri olacaq “Galaxy S9”un rəsmi təqdimatı MWC 2018 beynəlxalq sərgisində baş tutsun. Flaqmanın özünün isə yaz aylarında satışa çıxarılacağı nəzərdə tutulub.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017