Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Subaylar günü”ndə “Alibaba” 25 milyard dollar qazandı

Noyabrın 11-də Çində böyük həvəslə qeyd edilən “Subaylar günü”ndə tanınmış “Alibaba” şirkəti 25 milyard dollar dəyərində məhsul satışını həyata keçirib.

 

İKT.lent.az-ın “Bloomberg” agentliyinə əsasən xəbərinə görə, hər il noyabrın 11-də Çində “Subaylar günü” qeyd edilir. Həmin gün bütün gün ərzində populyar mağazalarda alış-verişlə müşayiət edilir.

 

Bu il “Subaylar günü”ndə “Alibaba” şirkətinin əldə etdiyi gəlirləri ötən ilki ilə müqayisədə 39 faiz artıb. Tanımış internet şirkətinin nümayəndələrinin sözlərinə görə, serverin maksimal yüklənməsi anında bir saniyədə 256 min tranzaksiya emal edilib. İlk üç  dəqiqə ərzində Çinin “Alibaba” şirkətinin ümumi satışlarının həcmi 1,5 milyard ABŞ dolları təşkil edib.

 

11 noyabr Çində ən populyar gündür. Ancaq “Alibaba” rəhbərliyi bu cür aksiyaları adi bayramdan daha böyük etmək niyyətindədir. Bir çox mütəxəssislərin fikrincə, bu cür ideyalar öz tərəfdaşlarını tapacaq və müəssisə külli miqdarda dollar qazana biləcək.

LENT

14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018
10 İyul 2018