Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Oyun oynamaq üçün ən yaxşı 5 smartfon - REYTİNQ

Çin şirkətinin istehsalı olan smartfonlar videooyunlar üçün nəzərdə tutulmuş cihazların siyahısına əminliklə başçılıq edir.

 

İKT.lent.az-ın “Quebec Times” nəşrinə istinadən məlumatına görə, “Xiaomi Redmi 3S” smartfonu orta qiymət kateqoriyasında olan oyun cihazlarının reytinqində lider olub.

 

Ən yaxşı oyun smartfonlarının TOP-5-liyində lider adını qazanmaq uğrunda onun əsas rəqibi digər Çin istehsalı olan “Meizu M3s” olub. Mütəxəssislər iddia edir ki, hər bir telefonunun öz üstünlükləri mövcuddur. “Redmi 3S” isə özünün 4000 mA/saat gücündə olan akkumulyator batareyası və yüksək istehsal gücünə malik “Snapdragon 430” prosessoru sayəsində qalib gəlib. Eyni zamanda “Meizu”nun istehsalı olan smartfon əla dizayna malikdir və öz xüsusiyyətlərinə görə də “Xiaomi” cihazından bir qədər geri qalır.

 

Reytinqdə üçüncü və dördüncü yerləri “LeEco Le Max 2 X820” və “Xiaomi Mi Max” smartfonları tutub. Hələ ötən il istehsal edilmiş “LeEco” smartfonu onunla fərqlənir ki, qulaqcıqlar üçün minicekdən məhrumdur. “Mi Max” isə özünün böyük ekranı ilə alıcıları cəlb edə bilir.

 

Oyun oynamaq üçün ən yaxşı smartfonların beşliyində yeganə “koreyalı” LG G5 smartfonu olub  ki, o da baha qiymətinə görə son yeri tutub. Ancaq xüsusiyyətləri bu seqmentdə də onu premium sinfə daxil edir. Bundan başqa, bu smartfon LG-nin barmaq izləri skaneri ilə təchiz edilmiş ilk smartfonudur. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017