Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X”da yeni problem!

“iPhone X” smartfonlarından şikayətlər davam edir.

 

İKT.lent.z-ın “9to5mac” saytına istinadən verdiyi xəbərə görə, smartfonda növbəti problem aşkarlanıb. Belə ki, istifadəçilər danışıq dinamikindən xışıltı gəldiyini bildirirlər. Xışıltı səs rejimi artırılanda, eləcə də zənglər zamanı eşidilir. Bəzi istifadəçilər isə səs səviyyəsi 50%-dən aşağı olduqda belə, xışıltı eşidildiyini söyləyiblər.  

 

“Mən özümü vasvası saymıram və adətən “AirPods”, yaxud müxtəlif simsiz kolonkalardan istifadə edirəm, məsələn bunda deyil. Lakin 1100 dollarlıq telefon qüsursuz olmalıdır. Mən artıq özümün ilk iPhone X”umu dəyişdirmişəm, problem isə qalır”, - deyə istifadəçilərdən biri bildirib.

 

Xatırladaq ki, daha öncə “iPhone X”un displeyinin soyuq havada toxunuşa reaksiya vermədiyi barədə xəbərlər yayılıb. “Apple” bunu təsdiqləyərək növbəti proqram yenilənməsindən sonra problemin həllini tapacağını açıqlayıb.  

LENT

17 Yanvar 2018
16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018