Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Uber” səhm satır

“Uber” online taksi xidməti Yaponiyanın “SoftBank” qrupu ilə səhm satışına dair razılığa gəlib.

 

İKT.lent.az-ın “The New York Times”a istinadən verdiyi xəbərə görə, “SoftBank”ın rəhbərlik etdiyi konsorsium “Uber”in səhmlərinin azı 14%-ni satın almağa hazırlaşır. Söhbət həm investorlara və şirkət əməkdaşlarına məxsus olan, həm də “Uber”in yeni buraxdığı təxminən 1 milyard dollarlıq qiymətli kağızların əldə edilməsindən gedir. Hazırda “Uber”in dəyəri 68,5 milyard dollar həcmində qiymətləndirilir.

 

Qeyd edək ki, “SoftBank” Yaponiyanın ən iri mobil operatorlarından biridir. Şirkət maliyyə və marketinq sahəsində də fəaliyyət göstərir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017