Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Qatarlarda kompüter oyunları üçün vaqonlar yaradılacaq -

Almaniyada yeni dəmir yolları sərnişinləri üçün yeni layihə tərtib edilib.

 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, "sərnişinlər vaxtlarını necə keçirmək istərdilər?" sorğusunun nəticələrinə əsasən, vaqonların televizor və oyun avadanlıqları, iş üçün kompüterlər olan yerlərlə təchiz edilməsi təklif edilib.

 

Uşaqlar üçün oyun meydanı olan vaqon da nəzərdə tutulur. Sağlam həyat tərzinin tərəfdarları isə trenajorlara çıxış əldə edəcəklər.

 

“İdeyalar qatarı” (Ideenzug) adlanan yeni layihənin müəlliflərinin sözlərinə görə, köhnə, ancaq yoxlanılmış, bu günə qədər avtobus və təyyarə qarşısında üstünlüyünü qoruyub saxlayan nəqliyyat vasitəsi yaxın gələcəkdə də aktuallığını saxlaya biləcək.

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018