Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Noyabr ayının ən populyar smartfonları - TOP-10

“Gsmarena” resursu noyabr ayının ən populyar smartfonlarının TOP-10-nu tərtib edib.

 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, reytinqdə istifadəçiləri ən çox maraqlandıran cihazlar qeyd edilib.

 

Qəribə olsa da, reytinqin birinci yerində Çinin “Oppo F5” yer alıb. Şəbəkədə böyük səs-küyə malik “iPhone X” smartfonu isə ikinci yeri tutub.

 

Üçüncü yerə “Xiaomi Redmi Y1” smartfonu layiq görülüb. Bu yenilik selfi həvəskarları üçün yaradılıb. Çünki onun olduqca keyfiyyətli ön kamerası mövcuddur.

 

Dördüncü və beşinci yerləri “Samsung Galaxy J7 Pro” və “Xiaomi Mi A1” smartfonları tutub. Sonrakı yerlərdə siyahıda “Samsung Galaxy Note 8”, “Samsung Galaxy S8” və “Nokia 6”-nın adları var.

 

TOP-10-u Çinin “Xiaomi Redmi 4 (4X)” və o qədər də baha olmayan “Motorola Moto X4” smartfonları qapayır.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017