Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Kiçik Tramp “WikiLeaks”lə yazışmalarını açıqladı

Donald Trampın oğlu 2016-cı il seçkilərindən əvvəl qalmaqallı “WikiLeaks” saytı ilə yazışmalarını yayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, “The Atlantic” jurnalı atasının adını daşıyan kiçik Trampın seçki ərəfəsində “WikiLeaks”lə əlaqəsinin olması barədə yazı dərc edib. Bundan sonra Tramp yazışmalarını açıqlamağı qərara alıb və bunları “Twitter” səhifəsində yerləşdirib.

 

Yazışmalardan görünür ki, “WikiLeaks” kiçik Tramp ilə 2016-cı il sentyabrın 20-də əlaqə qurub və hansısa sayt barədə ona məlumat verib. D. Trampa bildirilib ki, həmin sayt vaxtilə İraq savaşına dəstək verib, o isə cavab verib ki, onları tanımır, amma bu barədə soruşacaq.  

 

2016-cı il oktyabrın 3-də “WikiLeaks”dən D. Trampa məktub gəlib ki, Hillari Klintonun Culian Assanjı (“WikiLeaks”in yaradıcısı) aradan götürmək üçün pilotsuz aparat göndərəcəyi barədə açıqlamasını yaymaq və şərh etmək lazımdır. D. Tramp cavabında bildirib ki, artıq bunu edib. C. Assanjın Avstraliyanın ABŞ-dakı səfiri təyin olunmasına köməklik göstərilməsi və digər təkliflərinə isə kiçik Tramp cavab verməyib.  

 

Xatırladaq ki, seçki ərəfəsində “WikiLeaks” ABŞ demokratlarının gizli yazışmalarını və digər sənədlərini yayıb.

LENT

16 Yanvar 2018
15 Yanvar 2018
13 Yanvar 2018
12 Yanvar 2018
11 Yanvar 2018