Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sabah “Bakinternet”in internet təminatında fasilələr yarana bilər

Xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədi ilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

 

Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə saat 04:00–dan 06:00-adək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

 

“Yarana biləcək kəsintilərə görə sizdən üzr istəyir və profilaktik tədbirləri nəzərə almağınızı xahiş edirik”, - deyə məlumatda vurğulanıb.

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018