Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple”ın xanım vitse-prezidenti vəzifədən çıxarıldı

“Apple” korporasiyasının müxtəliflik və azlıqlar üzrə vitse-prezidenti Deniz Yanq Smit (Denise Young Smith) ilin sonuna qədər vəzifəsini tərk edəcək.

 

İKT.lent.az-ın “TechCrunch” saytına istinadən verdiyi xəbərə görə, xanım Smit 1 ildən azdır bu vəzifəni tutur. Onun işdən kənarlaşdırılmasına səbəb ağdərili kişilər haqda söylədiyi fikirləridir. D. Y. Smit konfransda çıxışı zamanı bildirib ki, “əgər otaqda mavi gözlü 12 ağdərili kişi varsa, deməli, onlar müxtəlifliyi təmsil edir”.

 

Bu sözlər “Apple” əməkdaşları və jurnalistlərin narazılığına səbəb olub. Onlar hesab edirlər ki, bununla vitse-prezident şirkətdə irqi və cinsi müxtəlifliyin olmamasına bəraət qazandırır.

 

“Apple” rəhbərliyi vitse-prezidentin istefaya göndərilməsini təsdiqləyib. Korporasiya təmsilçisi deyib ki, “Apple” üçün müxtəliflik innovasiyalara aparan yoldur. Şirkət bu vəzifəni Kristi Smitə həvalə edəcək. O, 17 il “Deloitte” konsaltinq şirkətində çalışıb və 2008-ci ildə “Apple”da işə başlayıb.

 

D. Y. Smit isə təxminən 20 ildir “Apple”da idi. Bundan əvvəl o, personal idarəçiliyi sahəsində çalışıb.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017