Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X”la bağlı 2 problem həll edildi

“Apple” korporasiyası lokal proqram yenilənməsi (11.1.2) həyata keçirərək “iPhone X” smartfonlarında müşahidə olunan 2 problemi həll edib.

 

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, əsas yenilik budur ki, “iPhone X” ekranı bundan sonra 0 dərəcədən aşağı temperaturda donmayacaq. Bu, bir çox istifadəçinin əsas şikayəti idi. Belə ki, cihaz aşağı temperaturlu yerlərdə barmaq toxunuşlarına reaksiya vermirdi. Şirkətdən bildirilib ki, cihazın istismarının temperatur diapazonu 0-35 dərəcə arasındadır.  

 

Bundan başqa, “Live Photo” və video ilə bağlı təhrif verən qüsur da aradan qaldırılıb.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017