Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiya “trol fabriki”nin əməkdaşı danışdı

Rusiyanın “trol fabriki” kimi məşhur olan İnternet Araşdırmaları Agentliyinin əməkdaşlarından biri ABŞ mediasına açıqlama verib.

 

İKT.lent.az-ın xəbərinə görə, “NBC News”a açıqlama verən Vitali Bespalov adlı şəxs özünün və digər əməkdaşların dezinformasiya yaymağa necə məcbur edilmələrindən danışıb.

 

Vitali Besapalov müsahibəsində "yalan karuseli"nin necə çalışdığını təsvir edib. O bildirib ki, bəzi əməkdaşlar bloqlarda postlar yazır, digər əməkdaşlar isə öz məqalələrində bu postlara istinad edirmiş. Qalan əməkdaşlar isə öz şərhləri bu kontenti sosial şəbəkələrdə yayırmış.  

 

V. Bespalov Ukraynaya cavabdeh olub. Onun işi Ukraynadakı münaqişə mövzusunda rusiyayönümlü narrativ formalaşdırmaqdan ibarət imiş. Digər əməkdaşlar isə ABŞ-a cavabdeh olub. “Bizim hamımız eyni işi yerinə yetirirdik, yalan yaymaq”, - deyə Bespalov söyləyib.   

 

Qeyd edək ki, V. Bespalovun bu müsahibəni nə vaxt və necə verdiyi və onun hazırda harada olduğu açıqlanmayıb.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017