Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən populyar mobil brauzer məlum oldu 

“Google Chrome” mobil brauzeri “Android” və iOS əməliyyat sistemi ilə idarə olunan cihazlar üçün istifadəçilər arasında internet serfinq üçün ən populyar əlavə elan edilib. 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, araşdırmalar göstərib ki, bu brauzerdən istifadəçilərin üçdə ikisi istifadə edir. 

Sorğuda 8 300-dən artıq insan iştirak ediblər. Onlardan təxminən 1000 nəfəri və ya 13 faizi öz səslərini “Samsung” brauzeri olan “Samsung Internet (Browser)” brauzerinə veriblər. Ondan bir qədər az populyar brauzer “Mozilla Firefox” olub. 

Maraqlıdır ki, “Safari” və “Opera Mini” kimi tanınmış əlavələr, demək olar, ictimai rəyə təsirli deyil və onlardan sorğuda iştirak edənlərin müvafiq olaraq 3 və 2 faizi istifadə edir.   

Bundan öncə isə mütəxəssislər şəbəkədə pulsuz zənglər etmək üçün ən yaxşı əlavələrin adlarını aşıqlayıblar. Siyahıda ilk yeri “Skype” əlavəsinə verilib. Bu əlavə bir ilkdir və bu sahədə çoxillik lider mövqelərə malikdir.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017