Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X” smartfonu ilə bağlı növbəti problem -

Yeni “iPhone X” smartfonları ilə bağlı şikayətlər davam edir.

 

İKT.lent.az-ın “Reddit”ə istinadən verdiyi xəbərə görə, indi də istifadəçilər cihazın korpusunun boyasının pozulmasından şikayətlənməyə başlayıb. Özü də bu, smartfonun istifadə olunmasından qısa müddət sonra baş verir.

 

Yayılan fotolardan görünür ki, boya ən çox smartfonun aşağı küncü və qıraqlarında pozulur. Lakin bunun cihaz sahiblərinin səliqəsizliyi ucbatından baş verdiyini deyənlər də var. Ən azı, bu şikayət hələ ki kütləvi xarakter almayıb.

 

Xatırladaq ki, “iPhone X”un ekranının aşağı temperaturda donması barədə şikayətlər var idi. Bundan başqa foto və videolarda kiçik nöqsan da müşahidə olunurdu. “Apple” proqram yenilənməsi vasitəsilə bu problemləri aradan qaldırıb.  

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018