Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Robot tibb imtahanı verib həkim lisenziyası aldı - ÇİNDƏN DAHA BİR İLK

Çində “Syao İ” robotu bəşəriyyət tarixində ilk dəfə olaraq dövlət tibb imtahanını verib və həkim lisenziyası alıb.

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən xəbərə görə, maşın 600 mümkün xaldan 456 xalı toplaya bilib. 

Çində belə bir imtahanın həyata keçirilməsi üçün cəmi 10 saat vaxt ayrılır. Ancaq robot bu işi 60 dəqiqəyə başa vurub. Həkim lisenziyasını əldə etmək üçün 96 bal toplamaq lazımdır. Ancaq bu maşın 456 bal toplamağa nail olub. Həmçinin məlumdur ki, məsələlərin həlli zamanı ona on nəfər imtahançı nəzarət edib. 

İmtahan zamanı “Syao İ” köməkdən istifadə edə bilməyib. Çünki onun internetə çıxışı olmayıb. O, yalnız öz şəxsi məlumatlarından istifadə edə bilib ki, onu da tərtibatçılar yaddaşına yükləyiblər. 

Universitetin nəzdindəki maşınqayırma elektron fakültəsinin dekan köməkçisi Tsinxua U Tzi qeyd edib ki, tibb sahəsində robotların insanlarla müqayisədə daha çox üstünlükləri mövcuddur. Bu, yaddaşın yaxşılaşdırılması və onun emalının sürəti ilə bağlıdır. 

Mütəxəssislər bu robotu 2016-cı ilin iyununda hazırlayıblar. Onlar tibb kitablarından məlumatları “Syao İ”-yə yükləyiblər, sonra isə onu sistemləşdiriblər. Bunun üçün cəmi 60 ədəd tibb kitabından istifadə edilib. Bundan başqa, robot xəstəxanalarda əsl xəstəliklərin tarixçələrini də öyrənib. 

LENT

16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018