Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Rusiya Polşaya gündə 14,5 min kiberhücum təşkil edir" - Polşa radiosu

Rusiya hakerləri Polşa hökumət saytlarına gün ərzində 14,5 min dəfə hücum edir.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Poşa radiosu” məlumat yayıb.

 

“Kreml Qərblə mübarizə cəbhəsini genişləndirir. Təkcə Polşaya qarşı gündə 14,5 min dəfə hücum edirlər”, - deyə xəbərdə bildirilib.

 

Rusiyalı hakerlərin son yarım ildə Polşadakı hədəflərə 2,5 milyon kiberhücum təşkil etdiyi xəbər verilir. Polşanın müdafiə naziri Antoni Matsereviç bunun “soyuq” deyil, artıq “isti” müharibənin başlanğıcı olduğunu bəyan edib.

 

Xatırladaq ki, İspaniya hökuməti Rusiyanı sosial şəbəkələr vasitəsilə Kataloniyadakı separatizmi qızışdırmaqda suçlayıb.

LENT

18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018