Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” RT və “Sputnik”ə filtr qoyacaq

“Google”un ana şirkəti olan “Alphabet Holding” Rusiya təbliğatı ilə məşğul olan saytların məlumatlarının yayılma dərəcəsini azaldacaq mühəndislik qərarı üzərində işləyir.

 

İKT.lent.az-ın “Motherboard”a istinadən verdiyi xəbərə görə, bunu şirkətin icraçı direktoru Erik Şmidt Kanadanın Qalifaks şəhərində keçirilən təhlükəsizlik üzrə forumda deyib. O bildirib ki, söhbət ilk növbədə RT və “Sputnik”dən gedir. Lakin “Google” bunları blok etməyə hazırlaşmır.

 

“Biz problem barədə məlumatlıyıq və bu cür saytların tirajlanması səviyyəsinin azaldılması üzərində çalışırıq. Bu, əsasən RT və “Sputnik”ə aiddir. Lakin biz bu saytları bloklamağa hazırlaşmırıq. Bu cür işləmirik”, - deyə E. Şmidt jurnalistlərin niyə “Google”un hələ də Rusiya agentliklərini xəbər saytları kimi təqdim etməsi barədə sualına cavabında bəyan edib.

 

Xatırladaq ki, “Facebook” və “Twitter”lə yanaşı, “Google” şirkəti də Rusiyanın ABŞ-dakı 2016-cı il seçkilərinə təsir göstərmək üçün iş apardığını açıqlayıb və bu barədə məlumatları Konqresə təqdim edib. 
 

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017