Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İlin ən yaxşı cihazlarının reytinqi açıqlandı - TOP-10

“Time” nəşri 2017-ci ilin ən yaxşı cihazlarının reytinqini tərtib edib. 

İKT.lent.az nəşrin açıqladığı məlumata istinadən bildirir ki, “Nintendo” şirkətinin “Switch” oyun avadanlığı “Time” jurnalının versiyasına əsasən, 2017-ci ilin ən yaxşı 10 cihazının reytinqi arasında birinci yeri tutub.

 

Satışları mart ayında başlayan yeni oyun avadanlığı ev və portativ oyun avadanlığının hibridindən ibarətdir. Oyun köməyi ilə həm televizorda, həm də xüsusi planşetlə oyun oynamaq mümkündür.

İkinci yeri “Apple” şirkətinin “iPhone X” smartfonu tutub. Cihazın bütün ön hissəsini örtən yeni “Super Retina” displeyli və “Face İD” texnologiyası vasitəsilə simanın tanınması sisteminə malik mobil telefon noyabrın 3-də satışa çıxıb.  

Üçüncü yerdə “Surface Laptop Microsoft” noutbuku qərarlaşıb. O, sensor ekranla təchiz edilib və “Windows 10 S” əməliyyat sistemi ilə işləyir. Bu əməliyyat sistemində də ancaq “Windows Store”-dən əlavələr yükləmək mümkündür. 

Dördüncü yeri “DJI Spark” kvadrokopteri tutub ki, onu pult olmadan, təkcə əl işarələri ilə idarə etmək mümkündür. Liderlərin ilk beşliyini “Samsung Galaxy S8” smartfonu qapayır. Mart ayında satışa çıxarılan cihaz sahibinin identifikasiyası üçün göz bəbəyinin sensoru, həmçinin “Bixby” səs assistenti ilə təchiz edilib. 

Reytinqdə “Super Nintendo Entertainment System (SNES) Classic” oyun avadanlığı altıncı, ikinci nəsil “Amazon Echo” smart səs gücləndiriciləri yeddinci, “Microsoft Xbox One X” oyun avadanlığı isə səkkizinci yerdə qərarlaşıb.

Bu reytinqdə doqquzuncu yerdə “Apple Watch 3” saatları, sonuncu yerdə isə “Sony Alpha A7R III” fotoaparatı olub.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017