Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X”da yeni funksiya tapıldı

“Apple”ın “iPhone X” smartfonlarında daha öncə açıqlanmamış yeni funksiya aşkarlanıb.   

 

İKT.lent.az-ın xəbərinə görə, bunu “Reddit” internet resursunun istifadəçilərindən biri bildirib. O deyib ki, smartfonda zəngli saatı bir baxışla qoşmaq mümkündür.

 

İstifadəçi bunu səhər smartfondakı zəngli saatın səsinə oyandıqdan sonra fərq etdiyini söyləyib: “Mən çarpayıdan qalxdım, telefona baxdım və zəngli saat dayandı. Əvvəlcə elə bildim yuxu görürəm”.

 

Maraqlıdır ki, smartfonun bu xüsusiyyəti barədə nə təqdimatda, nə də cihazın təlimatında bəhs edilməyib.

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017