Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” özü çürüyən “iPhone” yaradacaq 

“Apple” korporasiyası ətraf mühitin təmizliyi uğrunda mübarizədə misli görünməmiş bir addım atmaq istəyir.

 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, şirkət təbiətə ziyan vurmadan zaman-zaman özü çürüyən “iPhone” və “MacBook” yaradacaq.
 
Bunun üçün “Apple” rəhbərliyi cihazların istehsalı zamanı biomateriallara keçmək niyyətindədir. Şirkətdə qeyd ediblər ki, gələcəkdə cihazlarda istifadə olunan özü çürüyə bilən komponentlərin tərkibini 100 faizə çatdırmaq niyyətindədirlər. Həmçinin cihazların yaradılması üçün ikinci əl istifadə edilmiş maddələrdən yararlanmaq təklif edilir. Şirkətdə ən böyük problemi “Apple” cihazlarının akkumulyatorlarında toksik materialların əvəz edilməsində görürlər.
 
Bundan öncə isə bildirilib ki, 2018-ci ildə “Apple” birdən-birə özünün populyar “iPhone X” smartfonunun üç variantını təqdim edəcək. Müxtəlif qiymətlərdə olacaq cihazlar 5,8, 6,1 və 6,5 düym həcmli displeylərə malik olacaqlar. Cihazların funksiyası və texniki içliyi əsasən orijinal modellərdə olduğu kimi eyni qalacaq.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018