Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlər "Uber"in 57 milyon istifadəçi və sürücülərinin məlumatlarını ələ keçirib

Hakerlər "Uber" şirkətinin 57 milyon istifadəçi və sürücülərinin şəxsi məlumatlarını ələ keçirib.

 

İKT.lent.az-ın "Bloomberg"ə istinadən xəbərinə görə, bu barədə şirkət nümayəndələri məlumat verib.

 

İnsident 2016-cı ilin oktyabrında baş verib, lakin bir il gizlədilib. Ona görə də "Uber"in təhlükəsizlik xidmətinin rəhbəri Co Sallivan və onun müavinlərindən biri istefaya göndərilib.

 

Şirkətin baş icraçı direktoru Dara Xosrovşahi bildirib ki, insidentdən sonra məlumatların müdafiəsi və qanunsuz müdaxilənin qarşısının alınması üçün addımlar atılıb. O, baş verən hadisəyə görə özlərinə bəraət qazandırmaq niyyətində olmadıqlarını da vurğulayıb. Dara Xosrovşahi insidentin nəticələrinin aradan qaldırılması üçün ABŞ-ın müvafiq qurumları ilə əməkdaşlıq etdiklərini vurğulayıb.

LENT

16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018