Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çində “Skype”a qadağa qoyuldu

“Apple” şirkəti Çində özünün “App Store” mağazasından bütün dünyada populyar olan “Skype” əlavəsini silib.

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, bununla da onlar Çin hökumətinin tələbini yerinə yetirib. Belə ki, Çin hökuməti bu əlavəni ölkə qanunlarını pozduğuna görə rədd ediblər.

Uzun müddət idi ki, Çin sakinləri “App Store” mağazasından “Skype” əlavəsini yükləyə bilirdilər. Ancaq bu günlərdə Çin hökuməti şirkət rəsmilərinə müraciət ünvanlayıb ki, şirkətin onlayn mağazasındakı bir sıra əlavələr ölkə qanunvericiliyinin tələblərinə cavab vermir. “Skype”dan başqa, “Apple” şirkəti “App Store”dən “Microsoft Phone” və həmçinin rabitə üçün yararlı olan bir sıra populyar əlavələri yığışdırıb.

Xatırladaq ki, bu addımlarla Çin internetin yenidən qurulmasına yönəlmiş layihəsini tamamlamış olur. Ölkədə istifadəçilər artıq “Google”, “Facebook” və “Twitter”ə çıxış əldə edə bilmirlər. 

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017