Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"The Financial Times": "iPhone X"un yığılmasında tələbə əməyindən istifadə olunur

"Apple"in Asiyadakı əsas podratçısı olan "Foxconn" şirkəti "iPhone X" smartfonunun yığılması üçün qanunsuz olaraq tələbələrin əməyindən istifadə edir.

 

İKT.lent.az-ın xəbərinə görə, bu iddia ilə "The Financial Times" çıxış edib.

 

Qəzetə açıqlama verən Çjençjou şəhərinin tələbələri bildiriblər ki, sentyabrda onları üç ay müddətinə "iPhone X" smartfonunun yığılması üçün "Foxconn"un yerli bölməsinə göndəriblər. Onlar gündə 11 saat işləyirlər, halbuki Çində təcrübəçi tələbələrin bu müddətdə işlədilməsi qanunla qadağandır. 17-19 yaşlı tələbələrə təhsil aldıqları ali məktəbdə bildiriblər ki, fabrikdə üç aylıq təcrübə təhsilin tamamlanması üçün zəruridir.

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018