Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İki “Boeing-747” onlayn hərracda satıldı

Çində onlayn ticarət saytında iki “Boeinng-747” təyyarəsi satışa çıxarılıb.

 

İKT.lent.az-ın BBC telekanalına istinadən məlumatına görə, “Taobao” internet mağazası üçün bu razılaşma onun tarixində ən irihəcmli razılaşma olub - təyyarələr hərracda 48 milyon ABŞ dollarına satılıb. 

 

Bildirilir ki, onların əvvəlki sahibi müflisləşmiş aviadaşıyıcı olub. O, altı dəfə təyyarələri adi auksionlarda satmağa uğursuz cəhd edib. Bundan sonra isə internet saytına elan verməli olub.

 
Belə bir qeyri-adi məhsul 1 milyona yaxın insanı maraqlandırıb və onlardan 26 nəfər təyyarələri almaqla bağlı niyyətlərinin olduğunu bildiriblər. Keçirilən hərraclarda “Boeing”ləri əldə edən yerli “SF Airlines” aviaşirkəti olub. Bundan qanadlanan satıcı onda olan daha bir “Boeing”i satışa çıxarmaq niyyətindədir. Ancaq “Taobao”-nun qaydalarına əsasən, o, bir qədər gözləməli olacaq.

LENT

24 May 2018
23 May 2018
22 May 2018
21 May 2018
19 May 2018