Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyanın siyasi reklamlarını izləmisinizmi? - "FACEBOOK" GÖSTƏRƏCƏK

“Facebook” administrasiyası istifadəçilərin 2016-cı ildə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə təsir göstərmək məqsədilə sosial şəbəkədə yaydığı siyasi reklamları izləyib-izləmədiyini müəyyənləşdirmək üçün xüsusi bölmə yaradacaq.  

 

İKT.lent.az-ın xəbərinə görə, “Facebook” və İnstagram” istifadəçiləri 2015-ci ilin yanvarından 2017-ci ilin avqustuna qədər “trol fabriki” kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyinin hansı səhifələrini izlədiklərini və hansı paylaşımlarını like etdiklərini öyrənəcəklər. Yeni funksiya bu ilin sonunadək “Kömək” bölməsində əlçatan olacaq.

 

“Amerikalıların xarici vətəndaşların prezident seçkilərindən əvvəl və sonra ABŞ toplumunda necə etimadsızlıq və ədavət yaydıqlarını anlamaları vacibdir. Biz məhz bu səbəblə aşkarladığmız və Konqresə təqdim etdiyimiz bu informasiyaları dərc etməyə tərəfdarıq”, - deyə “Facebook”un rəsmi bloqunda bildirilib.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017