Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“OnePlus 5T” smartfonu “iPhone X”dan geri qalmır - MÜTƏXƏSSİS RƏYİ -

Yeni cihazların pərəstişkarları iki smartfondan birinin – “OnePlus 5T” və ya “iPhone X”-in daha cəld işlədiyini öyrənməyə çalışıblar. 

İKT.lent.az-ın oane.ws saytına istinadən məlumatına görə, şəbəkədə daha ucuz Çin flaqmanının keyfiyyətdə “Apple” cihazından heç də geri qalmadığını təsdiqləyən video yayılıb.

“YouTube” videohostinqində “OnePlus 5T” və “iPhone X” smartfonlarının işləmə sürətinin real müqayisəsi ilə bağlı video peyda olub. Müəllif paralel olaraq əlavələri əvvəlcə daimi yaddaş cihazı, sonradan isə əməliyyat yaddaşı ilə işə salıb və cihazlarda bütün verilən əmrlərin yerinə yetirilməsi üçün lazım olacaq vaxtı qeydə alıb. 
 
6 nüvəli “Apple A11 Bionic” prosessoru və 3 GB daxili yaddaşla təchiz olunan “iPhone X”in daxili yaddaşında proqramların işə salınmasına 3 dəqiqə 23 saniyə, onun rəqibinə isə bunun üçün 4 dəqiqə 5 saniyə lazım olub. Həmin əlavələri əməliyyat yaddaşından çıxardıqdan sonra isə 8 nüvəli “Snapdragon 835” prosessoruna və 8 GB əməliyyat yaddaşına malik “OnePlus 5T” smartfonuna telefonun işə salınmasına 30 saniyə vaxt lazım olub. “iPhone X” isə bu işin öhdəsindən 1 dəqiqə 5 saniyəyə gəlib. 
 
Ümumilikdə videoçarx müəllifinin verdiyi məsələlərin həyata keçirilməsinə “Apple” cihazının 4 dəqiqə 28 saniyə vaxtı gedib. Onun Çindən olan rəqibinin isə 4 dəqiqə 35 saniyə zamanı sərf edilib. Şəbəkə istifadəçiləri qeyd ediblər ki, “OnePlus 5T”, demək olar, işləmə gücünə görə “iPhone X”dan geri qalmır, baxmayaraq ki, onun qiyməti digərindən iki dəfə ucuzdur.

 

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017