Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yeni “iPhone SE” gələn ilin ikinci yarısında satışa çıxarılacaq 

Yeni “iPhone SE” smartfonu 2018-ci ilin ikinci yarısında istehsal ediləcək. 

İKT.lent.az-ın məlumatına görə, bu barədə məlumatı “Economic Daily News” nəşri “Apple” şirkətinin sənədlərinə əsasən xəbər yayıb. 

Smartfonu Hindistanda “iPhone SE” istehsalı ilə məşğul olan “Wistron” şirkətinin mütəxəssisləri istehsal edəcək. Mobil aparatın yeni versiyası 2018-ci ilin ikinci yarısında satışa çıxarılacaq. Cihaz “Apple A10 Fusion” prosessoru, 2 GB əməliyyat yaddaşı, 32 GB daxili yaddaşla təchiz ediləcək. Smartfon 12 meqapiksel əsas və 5 meqapiksel həcmində əlavə kameraya malik olacaq. 

“Apple” şirkəti “iPhone SE” smartfonunu 2016-cı ildə anons edib. Əvvəlcə cihazı ABŞ-da 349-499 dollar dəyərində satırdılar. Yeni modellər işıq üzü gördükdən sonra “iPhone SE”-nin qiyməti azalıb. Belə strategiya “Apple” üçün xarakterikdir. Şirkət çox vaxt satışların başlanğıcında qiymətləri artırır, sonradan isə onu aşağı salır.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017