Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Digitimes Research”: 2018-ci ildə smartfon tədarükü 1,5 milyard ədədi keçəcək

“Digitimes Research” analitikin şirkətinin proqnozuna əsasən, bu il ötən illə müqayisədə smartfon tədarükü 5 faiz artacaq. 

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, bu o deməkdir ki, say nisbətində bazarın həcmi 1,43 milyard ədədə çatacaq. 

Analitiklər inanır ki, artım 2018-ci ildə də saxlanılacaq, baxmayaraq ki, bu bir qədər az olacaq. Dəqiq desək, 4,8 faiz artım gözlənilir.

Mütəxəssislər 2018-ci ildən 2022-ci ilə qədər olan müddətdə artımın əsas səbəbini Cənub-Şərqi Asiya, Cənubi Amerika və Afrikanın inkişaf etmiş bazarlarında çoxfunksiyalı telefonların smartfonlarla əvəz edilməsində görürlər. 

Analitiklər qeyd edirlər ki, “Apple” və “Nokia” (HMD Global) smartfonları istisna olmaqla, bütün aparıcı smartfon markaları Asiya şirkətlərinə məxsusdur. 

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017